AZE ENG RUS

“AFC” MMC

“Azerbaijan Fibro Cement” MMC

Son 10 ildir ki, Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir. Ölkənin ictimai-siyasi istiqrarı və əlverişli biznes mühiti bu inkişafın bütün sahələrdə davam etməsinə sağlam zəmin yaradır. Belə şəraitdə yerli istehsal da artıb genişlənir; daxili bazarın, o cümlədən, tikinti sektorunun ehtiyaclarını həm keyfiyyət, həm də kəmiyyət baxımından qarşılamağa qadir olan yerli müəssisələr istismara verilir. Milli özəl kapitalın ən iri nümayəndələrindən biri sayılan “Synergy Group” özünün çoxşaxəli fəaliyyətini sənaye, kənd təsərrüfatı, İKT, turizm, o cümlədən, tikinti materiallarının istehsalı sahəsinə də yaymışdır. Bu yaxınlarda “Synergy Group” tikinti materiallarının istehsalı ilə bağlı geniş bazar araşdırması apararaq lifli cement məhsullarının ən mütərəqqi tikinti materiallardan biri olduğunu müəyyən etdi və bundan sonra həmin məhsulun istehsalını qurmaq məqsədilə “Azerbaijan Fibro Cement” MMC (AFC) törəmə şirkətini təsis etdi. Tamamilə özünə aid maddi mənbələrdən maliyyələşdirilən, müasir texnologiyalara söykənən müəssisə Azərbaycanda və ümumiyyətlə Cənubi Qafqaz regionunda bina fasadları və dam örtükləri, habelə daxili məkan üçün lifli sement lövhələrinin ilk istehsalçısı olacaq. “Azerbaijan Fibro Cement” zavodu Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşəcək.