AZE ENG RUS

Daxili məkan panelləri

Daxili məkan panelləri mənzillərdə, yaşayış evlərində, ofis məkanlarında, habelə qapalı tibbi və texnoloji sahələrdə daxili divar , döşəmə, tavan və interyer işlərində istifadə olunmaq üçün nəzərdə tutulmuşdur. Davamlı, uzunömürlü, rütubət çəkməyən, nəm keçirməyən daxili məkan panelləri tibbi müəssisələrdə, laboratoriyalarda, yeyinti sənayesi obyektlərində, hovuz, sauna, habelə ictimai və yaşayış sahələrinin sanitar qovşaqlarında uğurla tətbiq olunur. Lifli sement paneli tavan, divar və döşəməni vahid hidroizolyasiya sistemində birləşdirən əvəzedilməz materialdır. Rütubətədavamlı lifli sement paneli asan emal işlənib quraşdırılır. Daxili məkan panelləri hər növ tamamlama və bəzək işləri üçün, o cümlədən, üzərinə kafel, metlax, boya, oboy vurmaq üçün uyğundur.