AZE ENG RUS

Sual-cavab

SLifli sement nədir?
C.

Lifli sement müasir kompozit materialdır. Daş qədər davamlı və möhkəm, taxta qədər asan və yüngül olan lifli sementin tərkibinə yalnız təbii maddələr: qum, sement, sellüloz və su daxildir.

SLifli sement lövhələri digər izolyasiya materialları ilə birgə istifadə oluna bilərmi?
C.

Bəli, lifli sement bütün növ izolyasiya materialları ilə birgə istifadə oluna bilər.Yes, fibercement can be used in combination with all types of insulation materials.

SLifli sement lövhələri su və ya atmosfer amillərinin təsiri ilə çat verirmi?
C.

Lifli sement atmosfer amillərinə qarşı olduqca davamlıdır. 200 dərəcədə və yüksək təzyiq altında istehsal olunan lifli sement bununla da ən sərt iqlim şəraitlərinə davamlı hala gəlir.

SLifli sement lövhələri səs izolyasiyasını təmin edirmi?
C.

Şübhəsiz, lifli sement səs izolyasiya materialı deyil. Bununla belə, lifli sementin olduqca yaxşı səs və istilik izolyasiyası xüsusiyyətləri var. Xüsusi izolyasiya materialları ilə birgə istifadə olunduqda əla nəticələr verir.

SLifli sementin üstündən divar səthini spaklyovkalamaq lazımdırmı? Lifli sement lövhələrinin tikiş yerlərini hansı şpaklyovka ilə doldurmaq olar?
C.

Lifli sement lövhələrinin səthi olduqca düzdür. Bu səbəbdən əlavə suvaqlama tələb olunmur. Lövhənin üstünə birbaşa astar boyanı tətbiq etmək olar. Tikiş yerlərində poliuretan (fasadlarda) və ya akril (daxili məkanlarda) spaklyovkadan istifadə oluna bilər.

SLifli senemti boyamaq olarmı? Hansı boyalarla?
C.

Lifli sement fasadlarda akril və ya poliuretan əsaslı fasad emulsiyası ilə, daxili məkanlarda isə plastik əsaslı emulsiya ilə rənglənə bilər. Yağlı boyalar lifli sement rəngləmək üçün uyğun deyil.

SHazırda Azərbaycanda lifli sementdən istifadə olunurmu?
C.

Bakıda tikilmiş “Eurovision Crystal Hall” binasının interyerində lifli sement lövhələrindən istifadə olunmuşdur. Lifli sement eləcə də Qalaltı Hotel/Spa layihəsində, eləcə də Bakı şəhərində ucaldılmış bir neçə yeni tikililərdə tətbiq olunmuşdur.

SLifli sement lövhələrini quraşdırmaq üçün xüsusi şurup və ya mismar tələb olunurmu?
C.

Lifli sement lövhələrinin quraşdırılması üçün müxtəlif samorez şuruplardan istifadə oluna filər. Küt uclu şuruplardan istifadə edildikdə lövhədə əvvəlcədən deşik açmaq lazımdır.

SLifli sement lövhələrini quraşdırmaq üçün xüsusi alət və dəzgah tələb olunurmu?
C.

Lifli sementi taxta və digər yumşaq maddə kəsən alətlərlə kəsmək tövsiyyə olunmur. Lifli sementi kəsmək və deşmək üçün daş üçün istifadə olunan almas disklər və matqablar uyğundur.

SLifli sement həşərata qarşı davamlıdırmı?
C.

Bəli, taxtadan fərqli olaraq lifli sement həşəratın təsirinə məruz qalmır və həşəratın yığılmasına şərait yaratmır.

SLifli sementdən istehsal olunmuş fasad lövhələri ilə daxili məkan lövhələrinin fərqi nədir?
C.

Əsas tərkib baxımından heç bir fərqi yoxdur. Fasad lövhələrinin daxili məkan lövhələrinə nisbətən daha kəskin hava şəraitində qaldığından onların istehsalı zamanı bir sıra əlavə qatqı maddələr əlavə olunur.

SLifli sementin tərkibində hansı maddələr var?
C.

Lifli sementin tərkibinə yalnız təbii maddələr: qum, sement, sellüloz və su daxildir. Əsas tərkib hissələri ilə yanaşı lifli sement panellərin istehsalında həmçinin kaulin, dam örtüklərinin istehsalında isə mikrosilika, PVA və əhəngdən köməkçi maddə kimi istifadə olunur.

SLifli sementin tərkibində asbest varmı?
C.

Xeyr, lifli sementin tərkibinə asbest daxil deyil. Zərərli asbestin yerinə lifli sementin istehsalında bağlayıcı maddə kimi sellülozdan istifadə olunur.

SLifli sementin insan sağlamlığına və ətraf mühitə ziyanı varmı?
C.

Xeyr, tərkibində yalnız təbii maddələri birləşdirən lifli sement məhsullarının insan sağlamlığına və ekologiyaya heç bir zərərli təsiri yoxdur.

SLifli sement rütubətə davamlıdırmı?
C.

Bəli, lifli sement məhsulları rütubətə qarşı davamlıdır. 60 dərəcə istilikdə suya 24 saat ərzində tutulan lifli sement lövhəsində sadəcə 0.5mm/m böyüklükdə şişmə müşahidə olunmuşdur ki, bu da  lifli sementin rütubətə son dərəcə davamlı olduğunu sübut edir. Nəm çəkən yerlərdə və yüksək rütubətli iqlimlərdə rahatlıqla istifadə oluna bilər.

SLifli sement yanğına davamlıdırmı?
C.

Bəli, lifli sement məhsulları 100% odadavamlıdır.

SYanğın baş verərsə lifli sement ətrafa zərərli qaz saçarmı?
C.

Xeyr. Lifli sement lövhələri ümumiyyətlə qoxusuzdur. Yüksək temperaturun və ya alovun təsirinə məruz qaldıqda isə ətrafa zərərli maddə  ya da qoxu saçmır, eləcə də ərimir.

SLifli sement zərbələrə davamlıdırmı?
C.

Lifli sement mexaniki təsir (zərbə) altında çatlamağa müqavimət göstərir. Uzaq məsafələrə rahatlıqla daşına bilir. Uzunömürlüdür. Buna səbəb lifli sementin tərkibində homogen şəkildə yayılmış sellülozdur.