AZE ENG RUS

Fasad üzləmə lövhələri

Fasad üzləmə lövhələri

Fasad üçün lifli sement üzləmə lövhələri müxtəlif qalınlıqlı və kəsikli formalarda istehsal olunur. Metrik ölçüləri və səth dizaynı  çox geniş olan lifli sement lövhələri hamar və ya teksturalı; ağac, kərpic, daş bəzəkli, habelə üstü laminatlı ola bilər. Lifli sement lövhələri hər növ tikinti, bəzək (tamamlama) və dekorasiya işlərində istifadə olunmaq üçün istehsal olunur. Dünyada daha çox “saydinq” adı ilə tanınan fasad üzləmə lövhəsi binaları üzləmək üçün istifadə olunan dekorativ, eyni zamanda qoruyucu materialdır. Fasad üzləmə lövhəsi odadavamlı, çürüməyən, həşəratın zərər verə bilmədiyi, rəngi Günəşin ultrabənövşəyi  şüaları altında uzun illər solmayan, inanılmaz möhkəmlikdə, bir sözlə, əla üzləmə materialıdır. Bu məhsul ağac qədər estetik və “nəfəsalan”, eyni zamanda beton qədər möhkəm və dayanıqlıdır! Lifli sementüzləmə lövhələri zahirən adi “vaqonka” taxta lövhələrinə bənzəyir və doğrudan da, taxta lövhələrinin bütün üstünlüklərinə, o cümlədən, əyilən, eninə və boyuna mişarlana bilən, əvvəlcədən deşik açmağa ehtiyac olmadan divara adi mismar və ya samorez şurup ilə birbaşa vurula bilən məhsuldur. Lakin “vaqonka”ya bu qədər bənzəyən lifli sement üzləmə lövhəsi eyni zamanda taxtaya xas olmayan bir neçə mühüm üstünlüyə malikdir. Belə ki, lifli sement lövhəsi oddan, nəmdən, çürüməkdən və həşəratdan qorxmur, iqlim şəraitindən təsirlənmir, nəyahət, rəngi uzun illər boyu solmur. Məhsulunun geniş ölçü, forma və rəng çeşidi mövcuddur. Lifli sement fasad üzləmə lövhələri evinizin fasadı üçün keyfiyyət, gözəllik və baxım rahatlığı təmin etmək üçün ən doğru həlldir! Fasad üzləmə lövhəsi asan, tez quraşdırılan, uzun illər boyu baxım tələb etməyən, yanğına, rütubətə, kəskin temperatur dəyişikliklərinə davamlı; gözəl görünüşlü, evinizi yayda istidən, qışda isə soyuqdan qoruyan materialdır!

Fasad üçün üzləmə panelləri

Fasad üçün lifli sement üzləmə panelləri müxtəlif formalarda istehsal olunur. Metrik ölçüləri, dizaynı  və forması çox geniş olan lifli sement üzləmə panelləri hamar və ya xüsusi naxışlı, müəyyən dərəcədə əyrilikli və ya düz, həndəsi forması sadə və ya mürəkkəb ola bilər. Lifli sement lövhələri hər növ tikinti, bəzək (tamamlama) və dekorasiya işlərində istifadə olunmaq üçün istehsal olunur.

Üzləmə panelləri fasadlarda istifadə olunan müasir dekorativ, eyni zamanda qoruyucu materialdır.

Lifli sement panelləri yeni nəsil təbii kompozit materiallar kateqoriyasından olan müasir uzunömürlü tikinti materialıdır.
Lifli sement fasad üzləmə panelləri sadəcə təbii maddələrdən istehsal olunmuşdur və tərkibində yalnız sement, qum, sellüloz və su vardır. Zəhmətsiz istənilən formaya çevrilə bilən lifli sement fasad panelləri eksklyuziv dizayn tətbiq etmək üçün son dərəcə uyğun materialdır.
Yüksək dayanıqlılıq, müqavimət, uzunömürlülük, misilsiz fiziki xüsusiyyətləri, yanğına və rütubətə qarşı davamlılıq, nəhayət, cəlbedici müasir görünüşü sayəsində lifli sement panelləri başqa materiallardan xeyli fərqlənir. Məhsulun mühüm üstünlükləri arasında onu da qeyd etmək lazımdır ki o, pardaqlama, cilalama, deşmə, üzərinə çap etmə və təzyiqli qumlama proseslərinə uyğundur. Belə panellər müasir interyerlərin qurulmasında, furnitur və başqa elementlərin dizayn layihələrində əvəzedilməzdir. Material tamamilə təhlükəsizdir, quraşdırması son dərəcə sadə və rahatdır.