AZE ENG RUS

İstehsal texnologiyası

Ötən əsrin əvvəllərində Avstriyalı mühəndis Lüdviq Hatçek (Ludwig Hatschek) lifli sement məhsullarını istehsal etmək üçün yeni texnogiya icad etdi. O, qum ilə sementin qarışımına mineral lif əlavə edib incə, yüngül, eyni zamanda möhkəm sement lövhəsi əldə etməyə nail oldu. Yeni məhsula düzgün və istənilən ölçüdə forma vermək üçün o, sonradan “Hatçek dəzgahı” adı ilə tanınmış xüsusi qurğu yaratdı. Ötən yüz il ərzində bu texnologiya təkmilləşdirildi, əvvəllər istifadə olunan zərərli asbest lifləri təhlükəsiz sellüloz liflərlə əvəz edildi.

Lifli sement məhsullarının istehsalı üçün avtoklav bərkimə texnologiyasından istifadə olunur. Sementin 6-8 saatlıq ilkin bərkimə mərhələsindən sonra xam məhsul avtoklavlara ötürülərək yüksək temperatur və təzyiqli buxarın təsiri altında tamamilə bərkiyir. Bundan sonra lifli sement məhsulu özünün unikal yekun xüsusiyyətlərini: möhkəmliyini və müxtəlif iqlim şəraitlərinə davamlılığını qazanır.