AZE ENG RUS

Karyera

Azərbaycanın qeyri-neft sektorunda strateji investor olan “Synergy Group” ASC-nin daim inkişaf edən biznes fəaliyyətinin əsas gücü peşəkar işçi heyətidir.

“Synergy Group”un genişmiqyaslı və strateji əhəmiyyətli biznes fəaliyyəti, inkişaf istiqamətli karyera imkanları gənc və təcrübəli, yerli və xarici mütəxəssisləri daim cəlb edir. “Synergy Group”un uğurunun mühüm şərtlərindən biri insan resurslarının səmərəliliyinin artırılmasına xüsusi diqqətin yetirilməsidir. Biz işəgötürmə, əmək fəaliyyətinin qiymətlədirilməsi, işçilərin təlim prosesi və inkişaf imkanlarının yaradılmasında beynəlxalq standartları bütün Qrup şirkətlərində tətbiq edirik.

“Synergy Group”da çalışmaq istəyənlər özləri haqqında məlumatı (CV-lərini) hr@synergygroup.az elektron ünvanına göndərə bilərlər. Şirkətlərimizdə müvafiq vakansiyalar olduğu təqdirdə göndərdiyiniz məlumat əsasında namizədliyiniz nəzərdən keçiriləcək. Alternativ olaraq, “Synergy Group”a daxil olan şirkətlərimizin müvafiq internet səhifələrinə də baxa bilərsiz.