AZE ENG RUS

Lifli sement haqqında

Lifli sement çox sadə, eyni zamanda daş və taxtanın üstünlüklərini özündə cəmləşdirən müasir kompozit materialdır. Daş qədər davamlı və möhkəm, taxta qədər asan və yüngül olan lifli sementin tərkibinə qum, sement, sellüloz və su daxildir.

Sellüloz lif əsas mineralları birbirinə bağlayıb məhsula möhkəmlik, eyni zamanda əyilmə qabiliyyəti verir. Əsas tərkib hissələri ilə yanaşı lifli sement panellərin istehsalında həmçinin kaulin, dam örtüklərinin istehsalında isə mikrosilika, PVA və əhəngdən köməkçi maddə kimi istifadə olunur.