AZE ENG RUS

Lifli Sement məhsullarının tətbiq sahələri

AFC zavodunda müxtəlif təyinatlı lifli sement lövhə, panel və dam örtüklərinin istehsalı nəzərdə tutulub. Lifli sement məhsullarını tikililərin dam örtüyündən döşəməsinədək demək olar ki, hər hissəsində tətbiq etmək olar, o cümlədən:

  • Dam örtüklərində (kirəmit, şifer, metal və s. lövhələrin əvəzinə);
  • Fasad üzlüklərində (daş, taxta, metal, alkopan və s. lövhələrin əvəzinə);
  • Daxili məkan asma tavan və divarlarında (alçıpan və s. dekorativ lövhələrin əvəzinə);
  • Sanitar qovşaqlarında (tavan, habelə keramik kafel və metlax altlığı kimi);
  • İctimai yerlərdə (hava limanı, vağzal, metro stansiyaları və s.) döşəmə kimi;
  • Beton qəliblərinin qurulmasında (taxta qəlib yerinə).