AZE ENG RUS
    • Diffuziya və rütubətin nizamlanması

“Nəfəs alan” bu dam örüyü materialı lövhənin alt hissəsində rütubətin toplanması (kondensasiya) ehtimalını xeyli azaldır, bununla da metal və keramikadan hazırlanmış dam örtüklərinə nisbətən üstünlük qazanır.

    • Yüksən UB müqavimət və rəng sabitliyi

Ultrabənövşəyi şüalara qarşı yüksək müqaviməti ilə fərqlənən lifli sement dam örtüyünün rənginin parlaqlığını qoruyur, solmasının qarşısını yüksək dərəcədə alır.

    • Yanğın təhlükəsizliyi

Lifli sement dam örtüyü odadavamlı yanmayan materialdır. Yüksək temperatur şəraitində partlamır, ətrafa tüstü və digər zərərli maddə saçmır.

    • Ekoloji təhlükəsizlik

Məhsul ekoloji baxımdan təmiz maddələrdən istehsal olunur. lifli sement insan sağlamlığı və ətraf mühit üçün tamamilə zərərsizdir.

    • Temperatur dəyişikliklərinə qarşı davamlılıq.

Həm yüksək, həm aşağı temperaturlara qarşı davamlı olan lifli sement dam lövhələri qızmar Günəş altında həddən artıq qızmır, ətrafa zərərli maddə saçmır, həddindən artıq istiliyin qarşısını alır. Metal lövhələrdən fərqli olaraq qizdırıldıqda minimal istilik genişlənməsinə malikdir ki, bu da damın germetikliyinin qorunması üçün mühüm amildir.

    • Kiflənmə, çürümə və mikroorqanizmlərə qarşı davamlılıq

Lifli sementin bu xüsusiyyəti məhsulun istismar müddətini artırır və dam örtüyünün cəlbediciliyini qoruyub saxlayır.

    • Radio dalğalarını əngəlləmir

Metal örtüklərdən fərqli olaraq lifli sement lövhələri radio dalğalara maneəçilik törətmir, bununla da mobil rabitə, simsiz internet, radio və televiziya qəbuledicilərin normal işləməsini təmin edir.