AZE ENG RUS
  • Rütubətədavamlılıq və uzunömürlülük

 

Panellər yüksək davamlılıq xüsusiyyətinə malikdir, çat vermir. Lifli sement panelləri rütubət səviyyəsindən asılı olmadan şişmir, çatlamır, deformasiyaya uğramır.

  • Biopozitivlik

 

Daxili məkan panelləri göbələk və kif almır, bunun sayəsində tibbi əməliyyat, laboratoriya və müxtəlif təmiz texnologiya otaqlarında uğurla tətbiq olunur.

  • Yanğın təhlükəsizliyi

 

Lifli sement dam örtüyü odadavamlı yanmayan materialdır. Yüksək temperatur şəraitində partlamır, ətrafa tüstü və digər zərərli maddə saçmır.

  • Zərbəyə davamlılıq

 

Lifli sement panelləri mexaniki təsir (zərbə) altında çatlamağa müqavimət göstərir. Uzaq məsafələrə rahatlıqla daşına bilir. Uzunömürlüdür.

  • Texnolojilik

 

Lifli sement panelləri rahatlıqla quraşdırılır və işlənir, tamamlama işlərində geniş istifadə olunur, biçilmiş kənarları tikiş hissələrinin gizlənməsini asanlıqla təmin edir, müxtəlif mümar-dizayn formalarını yaratmaq üçün son dərəcə uyğun gəlir.