AZE ENG RUS
    • Müxtəlif dizaynlara uyğun

İstər klassik, istər əyri xətli modern dizayn tətbiq etmək üçün son dərəcə uyğun materialdır.

    • Tikiliyə artıq yük gətirmir

Fifli sement panellərindən çoxmərtəbəli tikililərin üzləməsində geniş istifadə olunur.

    • Yanğınadavamlı

Lifli sement 100% odadavamlıdır. Alovun və yüksək temperaturun təsiri altında ətrafa zərərli toksik maddələr saçmır. İnsan sağlamlığı üçün təhlükəsizdir.

    • Ekoloji

Lifli sement lövhələri ətraf mühitə və insan sağlamlığına tamamilə zərərsizdir. Avropa ekologiya təhlükəsizliyi standartlarına uyğundur.

    • Möhkəm və dayanıqlı

Lifli sement lövhələrinin yüksək möhkəmlik və dayanıqlıq xüsusiyyətləri var. Bu lövhələrdə çat baş vermir. Fasad lövhələri müxtəlif iqlim şəraitlərində öz möhkəmliyini qoruyub saxlayır.

    • Rəng zəmanəti

Rəng təbəqəsi uzun illər boyu ultrabənövşəyi şüaların təsirinə məruz qalmır.

    • Sadə, asan montaj

Lifli sement lövhələrinin quraşdırması olduqca sadə və asandır, sadə alət və vasitələrlə quraşdırılır.